Məlumata əsasən, gələcəkdə Sankt-Peterburqun başqa rayonlarında da yeni növ kuryerlərdən istifadə əlçatan hala gətiriləcək. Layihə çərçivəsində robotlar Sankt-Peterburq, Kazan və digər bir sıra şəhərdə ilk dəfə istifadəyə veriləcək, habelə paytaxt Moskvada da mövcud şəbəkə genişləndiriləcək.
Xatırladaq ki, "Yandex" dördüncü nəsil çatdırılma robotlarını keçən ayın axırlarında tanıdıb. Bu robotlar ətrafı daha aydın görmə imkanı verən yeni lidar sisteminə, həmçinin çıxarıla bilən akkumulyatora və daha güclü hesablama blokuna malikdir. Hər cür yol və hava şəraitinə, yağıntıya davamlı halda 100% enerji ilə 70 kilometrədək məsafə gedə bilir: "Dördüncü nəslin yük bölməsi ikihissəlidir, beləliklə, bir səfərdə iki sifarişi lazımi ünvanlara apara bilir. Bu həm çatdırılmanın səmərəliliyi, həm də vaxta qənaət deməkdir".
Şirkətin avtonom çatdırılma robotları departamentinin rəhbəri Marat Mavlyutov keçən ay gün baş tutan "Yandex Physical AI Conf" konfransında söyləyib ki, artıq beşinci nəslin də hazırlanması üzrə işlər başlayıb.
"Yandex"in sözügedən robotları ilk dəfə 2019-cu ildə Moskvada istifadəyə verilib. 2025-ci ilədək robotlar 250 mindən çox sifarişin çatdırılmasını həyata keçiriblər.
|
| Süni intellektin şüuru varmı? | "Yandex" araşdırır |
Son dövrlərdə müxtəlif sahələr üzrə ixtisaslaşmış bir çox şirkət süni intellekt və robotlar hesabına özünün canlı işçi qüvvəsində ixtisarlara gedir. Bu minvalda ABŞ-də fəaliyyət göstərən dünyanın ən böyük onlayn satış şirkəti "Amazon" da yaxın gələcəkdə təqribən 600 min əməkdaşını işdən çıxararaq, onları robotlarla əvəzləməyi planlaşdırır. Maraqlıdır ki, qənaət məqsədilə robotları canlı insan qüvvəsinə dəyişən şirkət bu niyyətini ictimaiyyətdən gizlətməyə, "robot" və "süni intellekt" ifadələri öz məlumatlarında "yüksək avtomatik texnologiya" adı ilə göstərməyə çalışır.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


